"Kartash Kimya" MMC-nin Tikinti Kimyəvi Maddələri Zavodunun rəsmi açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutub.

 

"Kartash Kimya" MMC-nin Tikinti Kimyəvi Maddələri Zavodunun rəsmi açılışı 30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə gerçəkləşib. Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş bu müasir istehsalat obyekti, tikinti sahəsi üçün Avropa standartlarına uyğun innovativ həllər təqdim edərək, ölkəmizin sənaye potensialına töhfə verir. Zavod yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın azaldılması və ixrac imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. "Kartash Kimya" MMC olaraq, biz etibarlı və texnoloji üstünlüklərimizlə Azərbaycanın sənayesinin inkişafına dəstək verməyə davam edəcəyik.