Şirkətimiz 2000-ci ildə Azərbaycan–Türkiyə birgə müəssisəsi kimi təsis edilmişdir və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərmək məqsədi ilə yaradılmışdır. Yarandığı gündən etibarən şirkət keyfiyyət, innovasiya və etibar prinsiplərinə sadiq qalaraq davamlı inkişafa nail olmağa çalışır.

Son 25 il ərzində şirkətimiz sahədəki texnoloji tərəqqini diqqətlə izləyərək təkcə Azərbaycanda deyil, həm də regionda aparıcı istehsalçılardan birinə çevrilmişdir. Şirkət əsasən istilik izolyasiya materialları və tikinti kimyası üzrə ixtisaslaşmışdır. Bu gün şirkət törəmə müəssisələri ilə birlikdə 250-dən çox peşəkar əməkdaşı, müasir istehsal gücləri və daim inkişaf edən elmi-tədqiqat fəaliyyəti ilə fəaliyyətini uğurla davam etdirir.