"YAŞAT" Xeyriyyə Marafonunda "İTV"-də biz 5-7 il müddətində 5 şəhid övladının özəl məktəblərdə təhsil haqlarını illik 30,000 AZN məbləğində qarşılayacağımıza öhdəlik götürdük.

 

2023-cü il oktyabrın 24-də "İctimai TV"-də keçirilən "YAŞAT" Xeyriyyə Marafonunda şirkətimizin direktoru Nəciməddin Taşbağ bu müqəddəs missiyaya olan dəstəyimizi ifadə etdi. O, çıxışında vurğuladı ki, şəhidlərimiz 44 günlük Vətən Müharibəsində həyatlarını qurban verərək vətənə olan borclarını ödədilər. Bizim məsuliyyətimiz onların ailə üzvlərini və uşaqlarını dəstəkləmək və ehtiyaclarını qarşılamaqdır. Bu məqsədlə, "YAŞAT" Fondu yaradıldığı gündən etibarən ona maliyyə dəstəyi göstərmişik və hazırda şirkətimizdə çox sayda şəhid ailəsi üzvü və veteran işləyir. Bugün isə, o, şəhid övladlarının 5-7 il müddətində özəl məktəblərdə illik 30,000 AZN təhsil haqlarını qarşılamağa öhdəlik götürdüyümüzü bildirərək, şəhid ailələrinin hər zaman diqqət mərkəzimizdə olduğunu vurğuladı.