mr.fix® "Aktiv Xarici Şirkət" mükafatını SME tərəfindən aldı

 

Kiçik və Orta Sahibkarlıq İnkişafı Agentliyinin (SMEDA) beş illik yubileyini kiçik və orta sahibkarlıq üçün “Dayag” mükafatının təqdimatına həsr etməsi çox gözəl bir təşəbbüsdür. Bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov mükafatın təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxışında bildirib.

Nazir, Agentlik və sahibkarlara SMEDA-nın yaradılmasının 5 illiyi münasibətilə təbriklərini çatdırıb.

Azerbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlığa, xüsusilə də kiçik və orta sahibkarlığa göstərdiyi diqqət və qayğı da istifadə olunan dəstək vasitələrində özünü göstərir. Qeyd edilib ki, kiçik və orta sahibkarlıq ölkə iqtisadiyyatında, məşğulluqda çeviklik və sabitlik təmin edir və iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verir. Sahibkarların iqtisadi inkişafda, xüsusən də işğaldan azad olunmuş ərazilərimizin bərpasında fəal iştirak etməsi ilə bağlı danışan Nazir, hazırda sahibkarların Qarabağda uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Ağdam və Cəbrayıl rayonlarında yaradılmış sənaye parklarının və digər müəssisələrin uğurlu fəaliyyətini bunun bir nümunəsi kimi təqdim edib. Sahibkarların bu proseslərdə, həm biznes maraqlarını, həm də vətənpərvərlik və sosial məsuliyyət göstərmələrini yüksək qiymətləndirib, gələcəyə yönəlmiş uğurlu bir baxış nümayiş etdirmələrini yüksək qiymətləndirib. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərimizdə çox sayda yeni layihənin həyata keçirilməsi planlaşdırılır ki, bu da Qarabağda geniş məskunlaşma təmin edəcək.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti Şöbəsinin müdiri Şahmar Mövsümov, özəl sektorun ölkə iqtisadiyyatının inkişafında xüsusi rolunu qeyd edərək, sahibkarlığın inkişafının dövlət başçısının rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet sahələrindən biri olduğunu bildirib. Sahibkarlara dövlət tərəfindən göstərilən yüksək qiymətləndirmə vurğulanıb.

Bu mükafat mərasimində mr.fix® “Aktiv Xarici Şirkət” kateqoriyası üzrə il mükafatı ilə təltif olunub və mükafatı Türkiyənin Bakıdaki Səfiri cənab Cahid Bağcı təqdim edib. Bizə bu mükafatı layiq görən hər kəsə, həmçinin bu mükafatı qazanmağımızda əsas rol oynayan işçilərimizə və müştərilərimizə təşəkkür edirik!